High Pass və Sharpen Tool vasitəsi ilə fotoda kəskinlik effekti (2-ci hissə)
Müəllif: Rizvan Bağırlı   
14.06.10 23:29

Keçən dəfəki dərsdə fotonun emalı zamanı sharp-dan (kəskinlikdən) necə istifadə olunduğunun şahidi olduq. Bu dəfə isə eyni nəticəyə alternativ metodlarla nail olacağıq. Yüngül rəng korreksiyası da etməklə maraqlı bir nəticə əldə olunacaq. Beləliklə başlayaq...

İstənilən, bir o qədər də kəskin olmayan foto açaq.

1-azdizayner.com-highp

Orijinal qatın dublikatını çıxaraq (ctrl+J). Menyudan High Pass adlanan filtri aktiv edək.

2-azdizayner.com-highp

Nəticədə belə bir pəncərə açılacaq.

3-azdizayner.com-highp

High Pass nəticəsində fotonun ümumi fonu boz rəng alır, obyektin cizgiləri isə tündləşərək fondan ayrılır. Cizgilərin səliqəli olması üçün radiusu optimal bir həddə saxlamaq lazımdır. Nəticədə qatlar pəncərəsində belə bir görüntü olmalıdır.

4-azdizayner.com-highp

Üst qatın rejimini Normal-dan Overlay-ə keçirək.

5-azdizayner.com-highp

Bu addımdan sonrakı nəticə belə olmalıdır.

6-azdizayner.com-highp

Foto kəskin görüntü aldı. Amma gəlin biz bu görünüşü bir az da kəskinləşdirib daha emosional foto əldə edək. Bunun üçün bizə Sharpen Tool lazım olacaq.

7-azdizayner.com-highp

Fotonun ölçüsündən asılı olaraq alətin radiusunu və sərtliyini təyin edək. Bunun üçün Sharpen Tool alətini aktiv etdikdən sonra fotonun üzərində mausun sağ düyməsini basın.

8-azdizayner.com-highp

Alət vasitəsilə fotodakı kişinin saqqal, bığ, dodaq və gözlərinin üzərində ehtiyyatlı hərəkət etməklə aşağıdakı görüntünü ala bilərsiniz.

9-azdizayner.com-highp

Əlavə olaraq fotoya kontrast verək. Ctrl+M vasitəsilə Curves pəncərəsini açıb, S-şəkilli əyri prinsipi ilə istədiyimiz nəticəni ala bilərik.

10-azdizayner.com-highp

Fotonun rəngi bir az çox olduğundan, onu bir az rəngsiz hala gətirək. Ctrl+U vasitəsilə Hue/Saturation pəncərəsini açaq. Şəkildə gördüyümüz kimi Saturation göstəricisini sola doğru dəyişək.

11-azdizayner.com-highp

Bütün bu əməliyyatlardan sonra ilkin foto aşağıdakı hala gələcək – daha kəskin, daha dinamik və neytral rəngli.

12-azdizayner.com-highp

Beləcə azdizayner-də fotoemala həsr olunmuş daha bir mövzunun sonuna gəldik. Növbəti fotoşop dərslərində görüşənədək, hələlik...



High Pass və Sharpen Tool vasitəsi ilə fotoda kəskinlik effekti (2-ci hissə)
 

Şərhlər  

 
#6 admin 2012-01-16 16:45
Melek xanım, ona görə də əvvəlcə qatın dublikatını çıxartmaq lazımdır (Ctrl+J)
Sitat
 
 
#5 Melek.... 2012-01-08 12:26
Men high pas eledim 2-ci layer yaranmadi axi mende.....
Sitat
 
 
#4 Guest 2011-01-24 11:55
əla alındı dərsliyə görə təşəkürlər
Sitat
 
 
#3 MotoXito 2010-09-05 18:29
sharpen tool aletini oyrenmek menim uchun faydali oldu :)))
Sitat
 
 
#2 admin 2010-08-04 11:01
Valeykum salam qardas!
Faydalı olmağımız çox sevindirir... ))
Sitat
 
 
#1 Guest 2010-07-29 17:26
Salam qaqash. Menim axtardigim bir dersdi. Max renderden sonra shekilin uzerinde bele oynamaq lazim olur. Cox sagolun.
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə