| Photoshop – menyu, alətlər, pəncərələr... |
| Müəllif: Rizvan Bağırlı |
| 20.03.10 00:11 |
|
İlk olaraq onu qeyd edim ki, proqramın azəricə düzgün deyiliş qaydası "adob fotoşop"-dur. Proqramın adının qəribə şəkildə ifadəsini çox eşitdiyim üçün mövzuya ilk olaraq bu düzəlişlə başladım )). Boş səhifəli proqramın quruluşu bir neçə hissədən ibarətdir: Ümumi anlayış olsun deyə bir az bu hissələrin nəyə xidmət etdiyini izah etməyə çalışaq. Menyu. Yuxarıda dediklərimi bir misalla izah edim. Fotoşopun qatları ilə əməliyyatlar aparmaq üçün menyunun Layers bölümünə girmək, ordan isə istəndiyimiz əməliyyatı seçməyimiz tələb olunur. Ama buna çox vaxt ehtiyac qalmır. Əvvəla ona görə ki, qatlarla işləmək üçün Layers adlı ayrıca bir pəncərə mövcuddur. Bu pəncərədən qatlarla bağlı əksər əmrləri icra etmək mümkündür. Digər tərəfdən meyunu açarkən bəzi əmrlərin qarşısında klaviaturanın bəzi düymələrinin plyus (+) işarəsi vasitəsilə birləşmələrini görə bilərsiniz. Məsələn yeni qat yaratmaq üçün menyudan layers - new layers bölümünə girmək lazımdır. Həmin əmrin qarşısında shift+ctrl+N kimi klaviatura düymələrinin birləşməsini görə bilərsiniz. Bu düymələri sıxmaqla daha asan və tez formada yeni qat yarada bilərsiniz.
Qatların (layers) nə olduğunu hələ fikirləşməyin bunu sadəcə izah etmək üçün seçdim. Nəzarət paneli.
Mənim firimcə Adobe Photoshop-un ən güclü hissəsidir. Təbii ki, bunu bir az obrazlı ifadə kimi qəbul edin, çünki digər hissələr də kifayət qədər funksionaldır və onlar olmadan yaxşı bir iş ortaya çıxartmaq demək olar ki, mümkün deyil. Amma rus saytlarının birində uzun müddət aktiv istifadəçi olarkən şahidi olurdum ki, rəssam dizaynerlər başda fırça aləti olmaqla, cəmi bir neçə alətin köməkliyi ilə çox güclü foto-realistik rəsm əsərlərini necə çəkirlər. Ona görə də hər bir dizayner bu alətlərdən düzgün və yerində istifadə etməyi bacarmalıdır. Bu paneldəki müxtəlif fırçalar, seçim, korreksiya alətləri, ştamp, rəng və hərəkət etdirmə alətləri və s. dizayn işi zamanı bizə tez-tez yardım edəcək.
Sənəd. Pəncərələr.
Proqram haqqında ümumi informasiya hələlik bu qədər. Növbəti dərslərdə görüşənə qədər, Allaha əmanət... Oxşar mövzular
|
























Şərhlər
RSS – bu irəlidəki şərhlər üçün.