Photoshop vasitəsilə su fırçasının hazırlanması – Water Brush
Müəllif: Rizvan Bağırlı   
26.10.10 09:18

Tez-tez su-içki mövzusunda olan çap reklamlarında bu fırçadan istifadə olunur. Reklam olunan içkinin qabı dalğalanan su axının içində verilir, müxtəlif meyvələr suya atılır ki, nəticədə də güclü su sıçrayışı effekti yaradılır və ya elə etiketin üzərində bu effekt təsvir olunur və s. Bu gün bu fırçanın necə alınmağına nəzər salaq. İnternetdən və ya klip-art saytlarından belə bir uyğun foto tapaq.

1

Fotoya kontrast vermək üçün Levels (Ctrl+L)-ə müraciət edək.

Ctrl+Shift+U klaviatura düymələri vasitəsilə fotonu ağ-qara edək.

Eraser Tool (E) (pozan) vasitəsilə lazım olmayan hissəni təmizləyək. Nəticədə belə bir görüntü alınır.

Menyudan Edit-Define Brush Preset... əmrini veririk.

Açılan pəncərədə fırçaya istədiyimiz adı verək.

Su effekti almaq üçün ilk olaraq belə bir mavi-göy qradientli fon yaradaq.

Brush Tool (B) alətini aktiv edək. Fonun üzərində mausun sağ düyməsini basmaqla bizə lazım olan fırçanı seçək.

Lazımi ölçünü təyin edib, ağ rəngi aktiv etdikdən sonra fonun üzərində klik etməklə nəticədən zövq almaq olar )). Yaxşı olar ki, fırça üçün Layers panelində yeni qat yaradasınız.

Lazımi mətni daxil edib işimizi yekunlaşdıra bilərik.

Bu günlük də bu qədər. Növbəti fotoşop dərslərində görüşmək ümidiylə, hələlik...



Photoshop vasitəsilə su fırçasının hazırlanması – Water Brush
 

Şərhlər  

 
#2 Guest 2010-10-26 17:11
Teshekkurler!
Sitat
 
 
#1 Guest 2010-10-26 14:47
yeni dizayn mubarekdi.
derse gore teshekkur.
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə