Qeyri-standart metodlarla maraqlı rəng keçidlərinin – Qradientin alınması
Müəllif: Rizvan Bağırlı   
25.08.10 10:25

 

Rəng keçidlərini standart metodlar deyil, bir az fərqli üsullarla əldə etməyə çalışaq. Belədə keçidlər daha axıcı olur. Bundan başqa standart qradient metodlarında keçidlər konkret qanunauyğunluqlarla (düz xətt, dairə, konus üzrə və s.) olursa, öyrənəcəyimiz metodlar bu işdə bizə sərbəstlik verir.

Beləliklə, dərsə başlayaq. Müəyyən ölçülü sənəd hazırlayıb istədiyiniz rəngdə rəngləyin.

1-grad-azdizayner.com

Layers pəncərəsində yeni boş qat yaradın

2-grad-azdizayner.com

Arxa və ön rəngləri müəyyənləşdirin. Mən fondan çox fərqlənməməsi üçün aşağıda gördüyünüz yaxın tonları seçdim.

3-grad-azdizayner.com

Brush Tool -u (B) aktiv edək.

4-grad-azdizayner.com

Ölçüsünü sənədə görə bir qədər iri götürək. Hər iki rəngdə dairələr çəkək. Dairələrin tam düşməsi mütləq deyil. Fırça ilə işləyərkən arxa və ön rənglərin yerini dəyişmək üçün klaviaturanın “X” düyməsini basın. Və ya rənglərdən yuxarı-sağda yerləşən ikibaşlı, əyri oxu klik edin.

5-grad-azdizayner.com

Kəskin dairələri bulandırıb fona qarışdıraq. Bunun üçün menyudan Blur-Gaussian Blur əmrini verək.

6-grad-azdizayner.com

Açılan pəncərədə bulanma ölçüsünü kifayət qədər böyük götürək.

7-grad-azdizayner.com

OK düyməsini basıb nəticəyə baxaq.

8-grad-azdizayner.com

Layers pəncərəsindən background (fon) qatını qeyd edib, bir daha filtrlərə müraciət edək – Render-Lens Flare.

9-grad-azdizayner.com

Açılan pəncərədən işıqlanmanın mənbəyini dəyişməklə digər göstəricilərə toxunmayaq.

10-grad-azdizayner.com

Mətn daxil etməklə dizaynımızı tamamlaya bilərik.

11-grad-azdizayner.com

Bir az fərqli metoda nəzər salaq. Yeni sənədə bir az fərqli rəng verək.

12-grad-azdizayner.com

Rənglərimizi yenə yaxın tonda seçirik.

13-grad-azdizayner.com

Brush Tool –u təkrar aktiv edirik. Sənəddə mausun sağ düyməsini klik edərək parametrləri tənzimləyirik.

14-grad-azdizayner.com

Sənədin yuxarı sol kənarında klik edək.

15-grad-azdizayner.com

Fırçanın ölçüsünü bir az böyüdək.

16-grad-azdizayner.com

Bu dəfə arxa rəngi üzə keçirək (X). Aşağı sağ küncdə bir dəfə klik edək.

17-grad-azdizayner.com

Qradient əsasən hazır oldu. Aşağı sol və yuxarı sağ küncləri bir az tündləşdirsək nəticəmiz daha uğurlu olar. Bunun üçün Burn Tool –u (O) aktiv edək.

18-grad-azdizayner.com

Dediyim künclərdə böyük ölçüdə olmaq şərtilə bir-iki dəfə klik edib, bu yerləri tündləşdiririk.

19-grad-azdizayner.com

Yenə mətni daxil edək.

20-grad-azdizayner.com

Bir az dinamiklik çatmır. Köməyimizə yenə filtrlər gələcək. Əvvəlcə mətn qatının dublikatını çıxardaq (Ctrl+J). Sonra altdakı qatı aktiv edib menyuya daxil olaq.

21-grad-azdizayner.com

Motion Blur pəncərəsində ölçünü yenə artırırıq.

22-grad-azdizayner.com

Bu da ikinci nəticə.

23-grad-azdizayner.com

Hər iki metodda iki rəngdən istifadə etdik. Birinci üsulu bir az fərqli tərzdə yerinə yetirək. Fonu ağ saxlamaqla fırçayla fonda çoxsaylı, rəngarəng dairələr çəkək.

24-grad-azdizayner.com

Gaussian Blur-la fonu bulandıraq.

25-grad-azdizayner.com

Fonu tündləşdirmək üçün Levels(Ctrl+L) mürəacəit edək.

26-grad-azdizayner.com

Mətni daxil edib Blending Options-la yazının kənarlarına zəif işıqlanma verək. Eyni obyekti çoxaldıb ölçüsünü, şəffaflığını, qat rejimini və rənglərini oynatmaqla aşağıdakı nəticəni alaq.

27-grad-azdizayner.com

Beləliklə, Adobe Photoshop-da fonu və ya obyekti rəng keçidləriylə boyamaq üçün kifayət qədər metod bilmiş olduq. Azdizayner.com saytında növbəti dizaynfotoşop dəsrlərində görüşmək ümidiylə, hələlik...

 



Qeyri-standart metodlarla maraqlı rəng keçidlərinin – Qradientin alınması
 

Şərhlər  

 
#6 Guest 2011-05-26 11:52
mene ocur isiqli srift lazimdir sayta yerleshdire bilersini?
Sitat
 
 
#5 Guest 2010-10-03 10:48
thanks
Sitat
 
 
#4 Guest 2010-08-30 13:17
Quoting
Salam Rəşad. olar, hazır plaqinler vasitəsilə yaxsi netice almaq olar. Bu barede tezlikle material yerlesdirerik... ))

Chox sagolun, chox sevinerem!
Minnetdaram.
Sitat
 
 
#3 admin 2010-08-30 07:53
Salam Rəşad. olar, hazır plaqinler vasitəsilə yaxsi netice almaq olar. Bu barede tezlikle material yerlesdirerik... ))
Sitat
 
 
#2 Guest 2010-08-30 01:33
Salam, desrlikleriniz chox gozeldir. Teshekkur edirem
Sizden bir xahishim var. HDR haqqinda bir movzu hazirlaya bilersiniz? Nedir bu HDR? Nece yaradirlar? Photoshopda adi shekilden nece HDR effekt elde etmek olar? Chox xahish edirem. Teshekkurler...
Sitat
 
 
#1 MotoXito 2010-08-25 15:29
sade ve gozel bir terz!!! BEYENILSIN super!!!!
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə