Rəng korreksiyası zamanı maskalama
Müəllif: Rizvan Bağırlı   
27.08.11 11:46

 

Salam əziz oxucu. Bu dəfə fotolarda rəng korreksiyası edərkən maskalamadan istifadə olunması qaydalarını göstərəcəm. Beləcə Photoshop-da maskalamanın necə işlədiyi bir az da aydın olacaq. Növbəti dərslərdə maskalamanı daha primitiv formada izah etməyə cəhd edəcəm. Hələlik isə materialla tanış olaq...

Rəng korreksiyası üçün aşağıdakı fotodan istifadə edəcəm.

Layers (F7) pəncərəsində yeni Color Balance korreksiyaedici qatını əlavə edək. 

Qat əlavə olunduqdan sonra maskanı yanına qoşaq. Bunun üçün aşağı hissədə ortada ağ dairə olan düyməni aktivləşdirək. 

Color Balance-da rəngləri aşağıdakı kimi tənzimləyək.

Hər dəfə rəngləri sarı və qırmızı tonlara doğru artırdım. Ona görə də foto ümumilikdə sarı rəngə çalır. 

Mənə ancaq fotonun aşağı hissəsinin sarı-qırmızı olması lazımdır. Ona görə də qatın səmaya düşən hissəsini maskalamaq lazımdır. Bunun üçün qatda olan ağ kvadratı aktivləşdirib, qara rəngli fırça ilə - Brush Tool (B) - rəngləyək. Qat aşağıdakı kimi görünməlidir. 

Nəticədə səma əvvəlki vəziyyətini alır.

Daha bir Color Balance qatı əlavə edək. Parametrlər aşağıdakı kimi olsun.

Bu dəfə göy rəngin balansını artırdım.

Qatın rejimini Normal-dan Soft Liht-a dəyişdim.

Əməliyyatın nəticəsi:

Bayaqkının əksinə bu dəfə qatın tarla hissəsini maskalayaq.

Eyni qatım kopyasını çıxardaq (Ctrl+J). Rejimi isə Normal-a qaytaraq. Foto maraqlı rəng almış oldu.

Sonda əlimizdə olan qatların əsasında yeni bir qat yaradaq (Shift+Ctrl+Alt+E). Qatın rejimini Multiply-a dəyişək.

Bu qata da maska əlavə edək. 

Orta hissəni maskalayıb, şəffaflığı tənzimləyək.

Sonda fotonun kəskinliyini artıraq.

Bu da fotonun ilk və son vəziyyəti - 

Uğurlar! )))



Rəng korreksiyası zamanı maskalama
 

Şərhlər  

 
#1 Guest 2011-08-28 03:33
ne zor alinib bunu mutleq baxmaq lazimdi)
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə