Rəng Maskaları. Photoshop-da maskalarla iş — 4.cü hissə
Müəllif: Rizvan Bağırlı   
03.02.12 11:32

Photoshop-da korreksiyedici rəng maskalarından istifadə haqqında artıq bir dəfə söz açmışdım. Lakin iki, hətta üç səbəbə görə bu mövzuya təkrar qayıtmaq istədim. Əvvəla Photoshop-da maskalar mövzusunu silsilə olaraq davam etdirmək üçün bu mövzunun da bir daha öyrənilməsi qaçılmaz idi.

Photoshop-da maskalarla iş — 1.ci hissə

Quick Mask. Photoshop-da maskalarla iş — 2.ci hissə

Clipping Mask. Photoshop-da maskalarla iş — 3.cü hissə


İkincisi ona görə ki, rəng maskaları profesional iş üçün ən vacib elementlərdən biridir. Bu mövzunu mükəmməl bilən insan dizayn və foto-montaj işini texniki cəhətdən yüksək səviyyədə görə biləcək. Üçüncü səbəbin isə özünəməxsus yeri var: dizayner olaraq işlədiyim ilk iş yerimdə, mətbəədə bəzən köməkçi dizaynerə ehtiyac olurdu. Müdiriyyət dizaynerliyə namizədləri yoxlamaq üçün ilk olaraq mənim yanıma göndərirdi. Onları yoxlamaq üçün çox sadə bir metodum var idi. Foto klip-art arxivimdə yay fotolarından ibarət bir papka var idi ki, ordakı fotolar nə üçünsə emal olunmamış, çox bərbad gündə idilər. İş üçün müraciət edən dizaynerlik namizədinə o fotolardan birini verib deyirdim ki, buyur bu fotodan broşura üçün üz qabığı hazırla. Bundan başqa broşuraya yerləşdirmək üçün qısa bir mətn də verirdim. Bu metodla həmin insanın Photoshop texnikası, kompozisiya, şrift və rəng seçimi bacarığı mənə aydın olurdu. Haqqında danışdığım fotolardan birini indi siz aşağıda görürsünüz:

Bəli, gördüyünüz fotonu dizayna hazır vəziyyətə gətirmək lazım idi və bu iş bir o qədər də çətin iş deyil. 

İlk olaraq fotoda çatışmayan əsas amili, işıqlanmanı bərpa edək. Bunun üçün Layers (F7) pəncərəsini açıb, Create new fill or adjusment layer bölümünə daxil oluruq. Levels qatını aktivləşdiririk.

Levels pəncərəsində orta tonlara cavab verən boz markeri kifayət qədər sola hərəkət etdiririk. Eyni qayda ilə açıq tonları göstərən markerin də yerini dəyişdiririk.

Bu cür işıqlandırma vaxtı fotonun qaranlıq olan aşağı hissəsi ilə bərabər səma hissəsi də işıqlanacaq.

Amma fotonun ilkin versiyasında buludların detallarına fikir versək görərik ki, işıqlanma burada əsasən normal sayıla bilər. Ona görə də alətlər panelindən Brush Tool (B) alətini aktivləşdirib,

Nəzarət Panelindən şəffaflığını (Opacity) 50% edib,

 

bir az əvvəl əlavə etdiyimiz Levels maskasının yuxarı hissəsini maskalayırıq.

Bu metodla çox ağarmış buludları tədricən geri qaytarmış oluruq.

Təbii ki, fotonun bütün yuxarı hissəsini tam maskalamağa ehtiyac yoxdur. Maskanın vəziyyətini aşağıda görə bilərsiniz.

İndi daha bir rəng maskası əlavə edirəm: Color Balance...

Rəng balansı vasitəsilə fotoda çatışmayan yaşıl, sarı rəngləri bərpa edirəm.

Gördüyünüz kimi markerləri əsasən green (yaşıl) və yellow (sarı) istiqamətində hərəkət etdirdim. Bu zaman təbii olaraq, səma da sarı-yaşıl tonlar alır. 

Rəng qatını maskalamaqla bu problemi aradan qaldıra bilərik.

Səmanın rəngini emal etmək üçün, Selective Colors maskasını əlavə edə bilərik.

Cyan bölümünü açıb rəngləri aşağıdakı kimi, dəyişdim. 

 Nəticə əsasən qane etsə də, sağ tərəfdəki ağaclara fikir versək görərrik qara ləkələr formasında zonalar hələ də qalıb. Bu isə normal sayıla bilməz.

Bu problemi aradan qaldırmaq üçün, Curves qatı əlavə edib, şkalanı aşağıda gördüyünüz formada dəyişək.

Gördüyünüz kimi bütün fotoyla birgə, ağaclar olan hissə də işıqlandı.

 Qatın ağaclar olan hissəsini saxlayıb, digər hissələrini qara rənglə rəngləyək, bir sözlə maskalayaq. 

Bu da son nəticə.

Unsharpen Mask vasitəsilə fotoya kəskinlik verib, ilkin və son görüntünü müqayisə edək.

Gördüyünüz kimi cəmi 4 korreksiyaedici qatın köməkliyi ilə keyfiyyətsiz fotonu kifayət qədər normal vəziyyətə gətirdik.



Rəng Maskaları. Photoshop-da maskalarla iş — 4.cü hissə
 

Şərhlər  

 
#2 ippon 2012-02-16 17:21
Cox sağ olun.
Sitat
 
 
#1 mehman 2012-02-06 20:01
Teshekkur!
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə