"Sehirli rənglər" — Photoshop vasitəsilə fotonun qeyri-adi tərzli rəng emalı
Müəllif: Rizvan Bağırlı   
11.10.11 10:53

 

Gəlin bu gün əksər profesional fotoqrafların xoşlamadığı bir işlə məşğul olaq — aşağıda gördüyünüz gözəl fotonu emal edib, "sehirli" rəng tonuna salaq. Bu formada emal olunmuş "qeyri-real" fotoları sonradan poster, jurnal reklamı, flayer və s. çap reklam dizaynlarında istifadə edə bilərsiniz. Beləliklə, başlayaq...

Gördüyünüz şəkli sxc.hu saytından yükləmişəm.

Layers (F7) pəncərəsində Curves korreksiyaedici qatı əlavə etdim (Korreksiyaedici qatların iş prinsipi haqda burada danışmışdıq).

İlk olaraq Red kanalına,

sonra isə digər kanallara düzəlişlər etdim.

Bu mərhələdə mütləq bir qayda yoxdur. Sadəcə müəyyən eksperimentlərnən istədiyiniz nəticəni alanadək test edin.

Curves qatının dublikatını çıxarıb (Ctrl+J), ikincisinin rejimini Multiply-a dəyişdim. Şəffaflığı 15-16 faiz etdim.

Daha bir korreksiyaedici qat — Brightness/Contrast əlavə etdim. 

Kontrastı Levels vasitəsilə artırdım. 

Fotonun tonunu daha çox qırmızı və sarı etmək üçün Color Balance vasitəsilə eksperiment apardım. 

Color Balance qatının rejimini Soft Light-a dəyişdim. Şəffaflığı 27% etdim. 

Yuxarıdakı qəliz addımlardan sonra fotonun görünüşü aşağıdakı kimi oldu.

Daha bir boş qat yaradıb, qara rənglə fonu doldurdum. Menyudan Filtr-Render-Lens Flare filtrinə müraciət etdim. Tənzimləmələri aşağıdakı kimi saxladım.

Qatın rejimini Screen-ə dəyişdim.

İşıqlanma sahəsini açıq sarı rəngli zəif fırça ilə azacıq boyadım. Üzərinə loqonu əlavə edib, bununla da işi yekunlaşdırmış oldum. 

Az qala Sharp verməyi unudacaqdım! )) 

Bu qədər... İşin gedişi haqda sual yaranarsa, utanmayın. Soruşun, cavab verək.

Hələlik... 



 

Şərhlər  

 
#3 rzayev 2012-01-23 16:47
cox ama cox sagolun.sizin sayenizde nese oyrene bilirem.savabiw gorursuz
Sitat
 
 
#2 admin 2011-10-13 11:23
Baxır suala da )))
Sitat
 
 
#1 Guest 2011-10-12 14:02
utanmayin deyende hec cavab verirsizki)) tesekkur
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə