| Solğun fotodan rəngli dizayn – Adobe Photoshopda Soft Light rejimi |
| Müəllif: Rizvan Bağırlı |
| 22.05.10 23:26 |
|
Dizayn işi görərkən əksər hallarda işimiz fotodan və təbii olaraq onun emalından keçir. Əvvəlki dərslərdə fotonun rəng və işıq emalından söhbət açmışdıq. Bu emal formaları daha çox klassik xarakterli olub, müasir dizaynda bir o qədər də aktual deyil. Əslində ifadəm bir az düzgün alınmadı. "Klassik" fotoemal hər zaman aktualdır. Amma bu prosesin məhsullarını daha çox jurnal və rəngli kitab səhifələrində işlətmək olar. Müasir, dinamik dizayna gələndə şəklin bir az qeyri-real görünüşə malik olması lazım gəlir. İndi adi fotonun sadə emalın nəticəsində necə rəngli forma aldığının şahidi olacağıq... Kompyuterimizin yaddaşında olan istənilən, bir o qədər də keyfiyyətli olmayan fotonu götürək. Mən adətən dizayn üçün materialı klip-art saytlarından seçirəm.
Gördüyümüz kimi foto bir o qədər də keyfiyyətli deyil. Rənglər solğundur, işıqlılıq pisdir. Amma kompazisiya və süjet orijinaldır. Belə bir fotodan sadə, rəngli dizayn işi görməyə çalışaq. Bunun üçün ilk olaraq Levels vasitəsilə fotonu bir az işıqlandıraq.
Nəticədə foto daha işıqlı oldu.
İndi bir az qatlarnan işləyək, nəticədə köhnə dərslərimizi təkrar etmiş olarıq. Layers (Qatlar) pəncərəsini açırıq (F7). Pəncərənin aşağı sağ hissəsindəki müvafiq düyməni basmaqla yeni qat yaradaq.
İndi yaratdığımız yeni qatın üzərində fırça vasitəsilə rəngləmə işi görəcəyik. Alətlər panelindəki fırça alətini aktivləşdirək (B).
Sənədin üzərində bir yerdə mausun sağ düyməsini tıklayıb açılan pəncərədən fırçanın parametrlərini tənzimləyək.
Burada Master diametr bölməsindən fırçanın diametrini müəyyənləşdirək. Hardness bölməsindən isə fırçanın sərtliyini təyin edək. Bu göstərici sıfıra yaxınlaşdıqca fırça daha yumşaq kənarlı olur. 100%-ə yaxın olduqca isə fırça daha sərt izlər qoyur. Bu parametrləri özünüz fərqli variantlarda yoxlayıb nəticə çıxara bilərsiniz. Alətlər panelindən istədiyiniz rəngi seçin. Mən fotonu qırmızı-sarı tonlarla emal edəcəm. Ona görə də əvvəlcə sarı rəngi seçib aşağı sağ hissəni rənglədim. Sonra qırmızı rəngi (çəhrayı tonlu) seçib eni formada yuxarını boyadım. Nəticə aşağıdakı kimi olmalıdır.
Bu rəngli qatın rejimini dəyişək. Layers pəncərəsindən rəngli qatın üzərində klik edib aktivləşdirirk. Pəncərənin yuxarı hissəsində yerləşən qatların rejimi bölməsini açıb Sof Light-ı seçirəm.
Nəticədə belə bir görüntü alınmalıdır.
İndi bu iki qatı bir qat olaraq birləşdirək. Bunun üçün rəngli qatın üzərində mausun sağ düyməni basıb açılan kontekst menyudan Merge Down (ctrl+E) əmrini veririk.
Nəticədə iki sərbəst qat birləşərək tək qat əmələ gətirəcək.
İndi şəklin dizayna uyğun emalına başlayaq. Fotoda bir az kontrasta ehtiyac var. Belədə dizayn işi daha dinamik olacaq. Bunun üçün Menyu – İmage – Adjusments – Curves və ya klaviatura ilə Ctrl+M əmrini veririk. Açılan pəncərə fotonun rəng emalında ən çox istifadə olunan funksiyalardan biri olan Curve pəncərəsidir.
Mahiyyətini gələn dərslərdə açıqlayacağım bu pəncərənin əsas bölümündəki düzə xətti aşağıdakı kimi redaktə edək. Buna S-şəkilli quruluş da deyilir.
Curves vasitəsilə fotoya kontrast vermək üçün buradakı düz xətti S şəklində etməklə fotoya kifayət qədər kontrast vermək olar. Fotonu bu ardıcıllıqla emal edib sadə şriftlə, Times New Roman vasitəsilə müəyyən bir yazı (“Rəngli dizayn”) daxil etdim. Nəticədə aşağıdakı kimi rəngli, sadə və dinamik bir kiçik dizayn işi ortaya çıxdı...
Həftə sonuna belə "rəngli dərs"lə başladıq )). Əziz azdizayner oxucusu, növbəti dərslərdə görüşənədək! Hələlik...
Oxşar mövzular
|
































Şərhlər
Yeri gəlmişkən, tədricən digər metodlara da nəzər salınacaq.
RSS – bu irəlidəki şərhlər üçün.