Veb-dizayn üçün piksel fonların hazırlanma qaydası
Müəllif: Rizvan Bağırlı   
15.11.10 12:43

Salam azdizayner oxucuları! Qısamüddətli fasiləni aradan qaldırıb, dərslərimizə davam edək. Bu dəfəki materialda modern veb-dizaynda çox istifadə edilən piksel-fonların (Pattern) hazırlanmasına baxacağıq.

Bunun üçün ilk olaraq kiçik ölçülü kvadrat formalı sənəd yaradaq.

Alətlər panelindən Pencil Tool (B) alətini aktivləşdirək.

Sənədin üzərində mausun sağ düyməsini basıb alətin öıçüsünü minimum edək - 1 pixel.

Kiçik, cəmi 8 piksel olan sənədi diaqonal boyunca aşağıdakı formada rəngləyək.

Hazır qrafik obyekti pattern-ə çevirək. Bunun üçün menyudan Edit-Define Pattern əmrini verək.

Açılan pəncərədə pattern-ə ad qoyaq.

Yeni, böyük ölçülü (məsələn 800x600) sənəd yaradıb, menyudan Edit-Fill (Shift+F5) əmrini verək. Bu əməliyyatla fonu və ya obyekti müxtəlif formada rəngləmək olar.

Açılan pəncərədə Use bölümündən Pattern-i seçək. Yaddaşa daxil etdiyimiz fon artıq burada görünməlidir. Onun üzərində klik edib OK düyməsini basaq.

Fonumuz hazır! ))

İşi nisbətən qəlizləşdirək. Bu dəfə tam olaraq piksel fon olmasa da, daha maraqlı bir effekt olacaq. Ümumiyyətlə iş prinsipi eyni olaraq qalır:

Yeni bu dəfə bir az böyük sənəd yaradıb, menyudan View-Show-Grid əmrini veririk. Sənədin üzərində müəyyən ölçülü şəbəkənin (setkanın) əmələ gəldiyini görəcəksiniz.

Elliptical Marquee Tool (M) alətini aktivləşdiririk.

Aşağıdakı kimi müəyyən ölçülü dairə qeyd edib, yeni qat yaradıb, rəngləyirik.

Dairə qatlarını çoxaldıb aşağıdakı kimi paylaşdıraq.

Mərkəz hissəyə daha bir dairə əlavə edib, işin bu hissəsini sona çatdıraq.

Crop Tool (C) alətini aktivləşdirək.

Bu formada qeyd edib şəklin artıq hissəsini silək.

Yuxarıda etdiyimiz kimi alınan nəticəni Pattern olaraq yadda saxlayaq. Yeni bir sənəd yaradıb, Shift+F5 əmri ilə fonu pattern-lə rəngləyək.

Bu da son nəticə.

Ümid edirəm bu günki materialdan kifayət qədər faydalana biləcəksiniz. Hələlik...



Veb-dizayn üçün piksel fonların hazırlanma qaydası
 

Şərhlər  

 
#3 admin 2011-04-01 17:27
Buyur Orxan ))) Halal xoşun olsun, çox şad oldum! )
Sitat
 
 
#2 Guest 2011-03-31 16:33
salam qardwim sen supersan! men senin sayende demak olarki bilmediklerimi senden oyrendim! cox saqol!TWK!!!
Sitat
 
 
#1 Guest 2010-12-31 21:44
sag olun!
Sitat
 

şərh yaz


Təhlükəsizlik kodu
Yenilə